2017-11-13 19:22:15   |   239 dəfə oxunub

Ərdoğan-Putin görüşü başladı


Soçi şəhərində Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş başlayıb.
APA-nın "RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, dar çərçivəli görüşdən sonra geniş tərkibdə görüş keçiriləcək, daha sonra dövlət başçıları mətbuat qarşısında bəyanatla çıxış edəcəklər.
Türkiyə tərəfdən görüşdə xarici işlər naziri Mövlud Çavuşoğlu, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Hulusi Akar və Milli İstihbarat (Kəşfiyyat) Təşkilatının rəhbəri Hakan Fidan iştirak edir.
V. Putin görüşdə bildirib ki, Moskva və Ankara münasibətləri praktiki olaraq tam bərpa olunmuş sayıla bilər. R. T. Ərdoğan isə deyib ki, Rusiya və Türkiyə münasibətləri gündən-günə inkişaf edir.






SON XƏBƏRLƏR

2017-11-22