2017-11-14 00:21:52   |   799 dəfə oxunub

Donuz ovuna getdi, qayanın altında qalıb öldü



Türkiyənin Çorum bölgəsində, bir firmada elektrik texniki olaraq çalışan Mehmet Erikli (43), donuz ovuna çıxdığı zaman, üzərinə düşən qayanın altında qalaraq, həyatını itirib.

Hadisə, Alaca qəsəbəsinin Miyanesultan kəndindəki çöllük sahədə baş verib. İddiaya görə, Mehmet Erikli, yoldaşlarıyla birlikdə ova çıxıb. Erikli, ov zamanı bir müddət sonra itib. Eriklidən uzun müddət xəbər ala bilməyən yoldaşları, vəziyyəti jandarmaya bildirib. Xəbər üzərinə bölgəyə gələn jandarma qrupları, axtarış zamanı Türbə mövqeyində Erikin cansız bədənini tapıb. Dırmaşdığı qayanın yerindən ayrılaraq, üzərinə düşməsiylə həyatını itirdiyi təxmin edilən Eriklinin cənazəsi xəstəxananın meyitxanasına aparılıb. Texnikin ölüm xəbərini alan və xəstəxanaya gələn yaxınları, gözyaşlarına hakim ola bilməyib. Jandarma, hadisə ilə əlaqədar istintaqa başlayıb.






SON XƏBƏRLƏR

2017-11-22