2017-11-14 00:26:15   |   251 dəfə oxunub

Mədəsindən odun parçaları çıxdı

Qarın ağrısıyla təcili yardıma getdi, xəstəliyi aydın oldu



16 yaşlı uşaq şiddətli qarın ağrısıyla xəstəxanaya aparılıb. Həkimlər onun mədəsindəkini gördükdə heyrətə düşüblər.



"Daily Mail”in xəbərinə görə, Arjun Sah adlı uşaq qarın ağrısıyla təcili yardıma çatdırılıb. 16 yaşlı hindli uşağın mədəsinə kamera yerləşdirən həkimlər, kimsənin bilmədiyi asılılığının ipuclarını tapıb. Pika sindromu diaqnozu qoyulan Arjunun plastik və odun parçaları yediyi aydın olub. Mədəsində 1 kilo plastik və odun parçası aşkarlanıb. 2 fərqli əməliyyatla cisimlərin 300 qramı çıxarılıb, ancaq qalanını da 3-cü əməliyyatla almaq lazım gəlir. Həyatda qaldığı üçün şanslı olan Arjunun xarici cisimlər yemə vərdişindən xilas olması üçün psixoloji müalicə alması lazımdır.



Pika sindromu nədir?

Pika sindromu, kiçik və qida dəyəri olmayan cisimləri yemə arzusu olaraq xarakterizə edilən bir qida pozğunluğudur. Bu cisimlər arasında daş, qum, boya və pudra yer alır.

Mənimsəmə qabiliyyəti zəif olan kəslərdə tez-tez rast gəlindiyi kimi, hamiləlikdə də təsadüf edilir. Yeyilən cisim zəhərli və ya sintetik olduğunda ciddi fəsadlara yol açır.






SON XƏBƏRLƏR

2017-11-22