2017-11-22 15:22:36   |   149 dəfə oxunub

"Dağlıq Qarabağ münaqişəsini həll edəcək əsas güc Putindir" - Ərdoğan


"Bu gün Soçidə İran, Rusiya və Türkiyə liderləri arasında baş tutacaq üçtərəfli görüşdə fürsət düşən kimi Dağlıq Qarabağ münaqişəsini gündəmə gətirəcəyəm”.
APA-nın "Haber7”-ə istinadən verdiyi xəbərə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan deyib.
O bildirib ki, Dağlıq Qarabağ məsələsi Türkiyənin də xüsusi məsələsidir və kənarda qalmasına razı olmazlar: "Rusiyaya ötən səfərimdə də həmkarım Vladimir Putinlə bu məsələni müzakirə etdik. Putin bu məsələdə əlindən gələni etməyə çalışdığını demişdi. Mən bu 5 rayon məsələsində daha həssas olmaq lazım olduğunu dedim. Bu münaqişəni bölgədə həll edə biləcək əsas güc Rusiya və Putindir”.






SON XƏBƏRLƏR

2017-12-17
2017-12-16