2017-11-22 16:13:10   |   462 dəfə oxunub

"Növbəti prezident seçkilərində "Müsavat"ın namizədi İsa Qəmbərdir"




""Müsavat” partiyası özünün sonuncu qurultayında – 2014-cü ildə prezidentliyə namizədini bəyan edib”.

Bunu "Sherg.az”a Ölkəmizdə 2018-ci ildə baş tutacaq prezident seçkilərindən danışarkən "Müsavat” partiyasının icra aparatının rəhbəri Gülağa Aslanlı deyib. 

O bildirib ki, "Müsavat"ın namizədi birmənalı olaraq İsa Qəmbərdir:

"Seçkilərə hazırlıq işlərini görürük. Lakin hazırlıq işləri içərisində ən başlıcası seçki qanunvericiliyinin təşkil edilməsi və dəyişdirilməsidir. Bu istiqamətdə artıq iki tədbir keçirmişik. Burada "Müsavat” partiyası seçki qanunvericiliyinə lazım olan dəyişikliklərin hər birini cəmiyyətə çatdırıb. Bu istiqamətdə işimizi davam etdiririk".


Seçki ilə əlaqədar partiyanın rayon təşkilatlarında görülən işlərə gəlincə, G.Aslanlı diqqətə çatdırıb ki, indiki halda partiyanın namizədi qeydə alınmadan təbliğat aparmaq mümkün deyil:

"Seçki məcəlləsinin müəyyən tələbləri var. Seçkilərə start verilmədən təbliğat işlərinə başlanarsa, şəxsin namizədliyinə xitam verilə bilər.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti postuna keçirilməsi nəzərdə tutulan VIII rəsmi ümummilli seçki 2018-ci ilin oktyabr ayının 17-sində baş tutacaq.

Aysel Aslan







SON XƏBƏRLƏR

2017-12-17
2017-12-16