2017-11-22 17:23:44   |   218 dəfə oxunub

Azərbaycan Rusiyadan qaz alışını bərpa etdi



SOCAR və Rusiyanın "Qazprom” şirkəti Azərbaycana təbii qazın tədarükünün bərpa edilməsi ilə bağlı razılığa gəlib.
"APA-Economics”in "Qazprom” şirkətinə istinadən verdiyi məlumata görə, müqavilə noyabrın 21-də imzalanıb. Təbii qazın tədarükü artıq noyabrın 22-də başlayacaq.
Müqaviləyə əsasən, SOCAR 1,6 mlrd. kubmetr həcmində Rusiya qazı alacaq.
Xatırladaq ki, bu ilin iyul ayında Sankt-Peterburqda SOCAR prezidenti Rövnəq Abdullayev və Rusiyanın "Qazprom” şirkətinin rəhbəri Aleksey Miller arasında görüş keçirilib. Görüşdə Rusiyadan Azərbaycana qaz ixracı müzakirə edilib.
Qeyd edək ki, "Qazprom” 2000-2006-cı illərdə Azərbaycana qaz ixrac edib, "Şahdəniz” yatağının istismara başlanmasından sonra Rusiyadan qaz ixracı dayandırılıb.






SON XƏBƏRLƏR

2017-12-17
2017-12-16