2017-11-22 17:51:50   |   447 dəfə oxunub

"Azərbaycanda satılan dərsliklərdə niyə erməni bayrağı olmalıdır ? !" - Reaksiya



"Adi dəftərləri nəşriyyat deyil, müxtəlif mətbəələr hazırlayır. Çünki dəftərlərin məzmunu yoxdur”.

Bunu "Sherg.az”a Azərbaycanda məktəblilər üçün nəşr edilən dəftərlərin üzərində Ermənistan bayrağının təsvir edilməsindən danışarkən filologiya üzrə fəlsəfə doktoru, "Altun-kitab” nəşriyyatının direktoru Rafiq İsmayılov deyib. 

Onun fikrincə, dəftərin üz qabığına necə şəkil yerləşdirilməsi şagirdlərin zövqünə uyğun müəyyənləşdirilir:

"İlk dəfədir eşidirəm ki, dəftərin üzərində erməni bayrağının təsviri yerləşdirilsin. Ola bilər ki,dəftər satanlar həmin dəftərləri xaricdən elə yerdən əldə ediblər ki, ermənilər üçün nəzərdə tutulub. Bu, yaxşı hal deyil. Azərbaycanda satılan dərsliklərdə niyə erməni bayrağı olmalıdır? Azərbaycanlı şagirdə erməni bayrağı ilə bəzədilmiş dəftər satılması əks təbliğat xarakteri daşıyır. Belə dəftərlərin satışına nəzarət olunsa, daha yaxşı olar. İndiki halda isə həmin dəftərləri yığışdırmaq lazımdır.

Düzdür, burada cinayət tərkibi yoxdur. Dediyim kimi, satıcılar xarici ölkələrdən bu dəftərləri gətirmiş ola bilər. Güman etmirəm ki, bu, Azərbaycanda nəşr edilmiş dəftərlərdir”.

Qeyd edək ki, Azərbaycanda məktəblilər üçün nəşr edilən dərs ləvaziminatında daha bir biabırçılıq aşkarlanıb. Birinci siniflərə aid şəkilli 12 vərəqli dəftərlərin üzərində Ermənistan bayrağı təsvir edilib. Məsələ burasındadır ki, dünya dövlətlərinin bayraqlarının əks olunduğu dəftərin üzərində nədənsə Azərbaycan bayrağı yoxdur.

Aysel Aslan







SON XƏBƏRLƏR

2017-12-17
2017-12-16