2017-12-17 00:53:45   |   245 dəfə oxunub

Saakaşvili Poroşenkoya barışıq təklif etdi




Gürcüstanın sabiq prezidenti, Ukraynanın Odessa vilayətinin eks-qubernatoru Mixail Saakaşvili ölkə prezidenti Pyotr Poroşenkoya barışıq təklifi ilə məktub göndərib. APA-nın xəbərinə görə, bu barədə Ukraynanın "1+1” telekanalı mənbələrinə istinadən məlumat yayıb.

Bundan əvvəl M.Saakaşvili P.Poroşenko ilə razılığa gəlməyin vacibliyini vurğulamışdı.

"Poroşenkoya məktub artıq göndərilib. Mişa barışıq təklif edir”, - deyə məlumatda bildirilir.






SON XƏBƏRLƏR

2018-09-26
2018-09-25