2018-01-11 19:02:35   |   365 dəfə oxunub

“Banklar haqqında” qanuna dəyişikliklər qüvvəyə minib


Azərbaycan prezidenti İlham Əliyev "Banklar haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanun imzalayıb.

"Sherg.az"xəbər verir ki, qanunun 57-11.6-cı maddəsində aşağıdakı dəyişikliklər edilib:

1.1. üçüncü cümlədən "ümumilikdə 90 gün müddətinədək” sözləri çıxarılıb;

1.2. aşağıdakı məzmunda dördüncü və beşinci cümlələr əlavə edilib: "Hər bir müraciət üzrə verilən uzadılma 180 gün müddətindən artıq ola bilməz. Bu cür uzadılmaların sayına məhdudiyyət qoyulmur”.

Keçid müddəasında (Maddə 2) isə qeyd olunur ki, bu qanunun 1-ci maddəsi bu qanun qüvvəyə mindiyi tarixədək başlanılmış restrukturizasiya proseslərinə də şamil olunur.






SON XƏBƏRLƏR

2018-09-25