2018-01-12 14:08:22   |   124 dəfə oxunub

Anjey Kaspşik 22-ci dəfə eyni vəzifəyə təyin olunub


ATƏT-in fəaliyyətdə olan sədrinin Dağlıq Qarabağ münaqişəsi üzrə şəxsi nümayəndəsi, səfir Anjey Kaspşikin mandatı növbəti dəfə bir il müddətinə uzadılıb.
APA-nın məlumatına görə, bu barədə müvafiq qərar ATƏT Daimi Şurasının yanvarın 11-də keçirilmiş iclasında açıqlanıb.
Polşalı diplomat 22-ci dəfə ATƏT sədrinin şəxsi nümayəndəsi təyin olunub.
A. Kaspşik bu vəzifəni 1997-ci ilin yanvarından daşıyır.
Qeyd edək ki, bu il ATƏT-ə sədrlik İtaliyaya keçib.






SON XƏBƏRLƏR

2018-01-16