2018-01-12 14:16:32   |   754 dəfə oxunub

63 yaşlı gözdən əlil pensiya ala bilmir

Nazirlik: “Əgər sənədlər Arxiv İdarəsində yoxdursa, bu zaman vətəndaş yalnız məhkəməyə müraciət edə bilər”




63 yaşlı Bakı şəhər sakini Qafarov Tofiq özünə pensiya düzəldə bilməməsindən şikayətlənib. Gözdən əlil olan şikayətçi bildirib ki, çalışdığı idarənin məsuliyyətsizliyi üzündən pensiya sənədini düzəldə bilmir:
"3-cü qrup gözdən əlil olduğum üçün ayda 47 manat pensiya alıram. İş stajıma görə pensiya düzəltməyə çalışdım. Lakin əmək kitabçamı itirdiyimə görə pensiya sənədimi düzəltmək üçün məndən əmək kitabçam tələb olunur. İşlədiyim yerlərdən sənədlər toplayıram. Hamısı hazırdır, bir tək Şifer Kombinatından sənəd ala bilmirəm. Həmin kombinant bağlanıb. Mənə bildirildi ki, Mərkəzi Arxiv İdarəsinə müraciət etsəm, istədiyim sənədi əldə edə bilərəm. Lakin qurumdan mənə mənfi cavab verildi. Bildirildi ki, Şifer Kombinantının sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməyib, bu səbəbdən idarə müsbət cavab verə bilmir”.

Vətəndaşın şikayəti ilə bağlı "Şərq”ə açıqlama verən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev pensiyanın düzəldilməsi üçün əlil kitabçasının əsas olduğunu bildirib. 

Onun sözlərinə görə, əgər sənədlər Arxiv İdarəsində yoxdursa, bu zaman vətəndaş yalnız məhkəməyə müraciət edə bilər: 

"Əmək kitabçası Arxiv İdarəsində yoxdursa və vətəndaşın heç bir müəssisədə işləməyi təsdiqlənmirsə, məhkəmə qərarı çıxarmalıdır. Qanunvericilikdə bunun başqa yolu yoxdur. Həmin vətəndaş iddia edir ki, hansısa müəssisədə işləyib. Həmin müəssisə isə hazırda bağlanıb. Ona görə də Arxiv İdarəsində şəxsin çalışmasını təsdiq edən sənədlər yoxdur. Bunun üçün yalnız məhkəmə qərar çıxara bilər və sənədlər o zaman əldə olunar”.

Yeganə Bayramova







SON XƏBƏRLƏR

2018-09-23
2018-09-22