2018-01-16 16:17:44   |   292 dəfə oxunub

"Jurnalistlər, bunlara mütləq əməl edin !" - Çağırış




"İnfarkt, ürək damar xəstəliklərinin çoxalması passiv, oturaq həyat tərzi ilə daha çox bağlıdır”.

Bunu "Sherg.az”a jurnalistlər arasında artmaqda olan ürək-damar problemlərindən çıxış yollarını izah edərkən tibb elmləri doktoru, professor Adil Qeybulla deyib.

 O diqqətə çatdırıb ki, insan orqanizmində qəbul olunan kalori və sərf olunan kalori arasında balans olmalıdır:

"İnsanlar çox qida qəbul edirlər, az hərəkət edirlər. Bu zaman maddələr mübadiləsinin pozulmasına, qan dövranında problemlərə, damar divarlarının vaxtından əvvəl qaralmasına səbəb olur. Xüsusilə bu təhlükə ürək, beyin damarları üçün mövcuddur. Qaralmış ürək damarında tromplaşma və digər problemlər yaranır. Ona görə, xüsusilə gənc yaşda ürək problemləri yaranır.

Həddən artıq qida qəbulundan çəkinmək, aktiv olmaq lazımdır. İdmanla məşğul olmaq, piyada gəzmək kimi vacib məsələlərə heç kim diqqət etmir. İnsanlar sağlamlığını qorumaq üçün belə məsələlərə laqeyd yanaşmamalıdır”.

Dövlətin bu problemlərin həllində roluna toxunan A.Qeybulla vurğulayıb ki, insanların rahat hərəkəti üçün müvafiq parklar, gəzinti məkanları olmalıdır:

"Bakıda bir metr boş ərazi tapan kimi bina tikirlər. Parklar, geniş gəzinti yerləri isə çox azdır. Ona görə, insanlar aktiv həyat tərzindən kənarda qalır. Şərait olmadığına görə, özləri də tənbəlləşir. Paytaxtda olan tikinti aktivliyi insanlara böyük ziyan vurdu”.

Aysel Aslan







SON XƏBƏRLƏR

2018-08-18
2018-08-17