2018-01-16 23:56:21   |   433 dəfə oxunub

Kəramət Böyükçöl: "Xəlil Rzanın və onun şəhid oğlunun ruhundan üzr istəyirəm"



Gənc yazar Kəramət Böyükçöl bir neçə gün öncə sosial şəbəkədə status yazaraq Xəlil Rza Ulutürkü təhqir etdiyinə görə üzr üstəyib.
Musavat.com xəbər verir ki, Kəramət Böyükçöl fikirlərinin yanlış olduğunu söyləyib və Xəlil Rza Ulutürkü sevənlərdən üzrxahlıq edib.
Gənc yazarın sosial hesabında yazdığı üzrxahlıq mesajını sizlərə təqdim edirik:" Bir neçə gün bundan əvvəl feysbuk səhifəmdə Xəlil Rza Ulutürk haqqında yazdığım fikirlər birmənalı qarşılanmadı.Sərt reaksiyalar göstərildi.Mən şəhid atası Xəlil Rza haqqında səsləndirdiyim fikirlərin kökündən yanlış olduğunu anladım və buna görə Xəlil Rzanın və onun qəhrəman oğlu şəhid Təbriz Xəlilbəylinin ruhundan, onların ailəsindən, eyniu zamanda Xəlilsevərlərdən üzr istəyirəm.Şəhidlər torpağa basdırılmış ehtiyat qüvvələrimizdir. Nə qədər torpaq altında yatan şəhidlərimiz var, vətənimiz bir o qədər böyük qüdrətlidir"







SON XƏBƏRLƏR

2018-11-18
2018-11-17