2018-02-12 12:45:05   |   1269 dəfə oxunub

Mərkəzi Bank sədri manatın taleyindən danışdı


Mərkəzi Bank valyuta bazarına əhəmiyyətli dərəcədə müdaxilə etmir.

Oxu.Az xəbər verir ki, bunu Mərkəzi Bank sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfransında Azərbaycanda ABŞ dollarının məzənnəsinin uzun müddətdir ki, 1,7001 AZN/USD səviyyəsində qalması barədə jurnalistlərin suallarını cavablandırarkən deyib.

Məlum olub ki, AZN/USD məzənnəsinin uzun müddətdir 1,7001 səviyyəsində qalması "üzən məzənnə” rejimindən imtina edilməsi demək deyil:

"Bununla belə, əhalinin və iş adamlarının marağını nəzərə alaraq, manatın kəskin ucuzlaşması və yaxud bahalaşmasını istəmirik. Məzənnə siyasətində "üzən məzənnə” rejiminin tərkib hissəsi olan "aralıq rejim” tətbiq edilir.

Tənzimləyici qurum az volatilli sabit məzənnə, ucuz pul və aşağı səviyyəli inflyasiyanı qarşıya hədəf qoyub və bunların üçü də eyni dərəcədə vacibdir. Qurumun valyuta ehtiyatlarının artması isə bankların ona olan borclarını qaytarması ilə bağlıdır. Hazırda AMB valyuta hərraclarında dollar alıb-satmır”.






SON XƏBƏRLƏR

2018-05-25