2018-02-12 18:30:02   |   387 dəfə oxunub

Magistraturaya ərizə qəbulunun vaxtı uzadıldı


Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına elektron ərizə qəbulunun vaxtı ərizələrini doldurmuş, lakin təsdiq etməmiş namizədlərin sayının çox olması nəzərə alınaraq 13 fevral saat 12:00-dək uzadılıb. Dövlət İmtahan Mərkəzindən Lent.az-a verilən məlumata görə, ərizələrini doldurmuş, lakin hələ təsdiq etməmiş bakalavrlar qeyd olunan tarixədək elektron ərizələrini təsdiq edə bilərlər.
Qeyd edək ki, 12 fevral saat 17:55-ə olan məlumata əsasən, 12260 bakalavr ərizə doldurub və onlardan 11731 nəfəri öz ərizəsini təsdiq edib.
DİM Elektron ərizələrini Sənəd Qəbulu Komissiyasında (SQK) təsdiq etdirməli olan namizədlərin nəzərinə çatdırır ki, SQK 13 fevral saat 12:00-dək fəaliyyət göstərəcək.






SON XƏBƏRLƏR

2018-05-25