2018-02-13 13:09:15   |   303 dəfə oxunub

Spikerlə komitə sədri arasında anlaşmazlıq yarandı: “Mən danışmaq istəmirəm”



Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın parlamentdə illik məruzəsinin təqdimatından sonra spiker Oqtay Əsədovla Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə arasında anlaşılmazlıq yaranıb. 
Sherg.az bildirir ki, deputat Elmira Axundovaya söz verilərkən komitə sədri Arif Rəhimzadə də danışmaq istəyib.

 Spiker deyib ki, - "Arif müəllim siz çıxışa yazılmısınız, ya sual vermək üçün?”. A.Rəhimzadə isə spikerə belə cavab verib: "Adətən hesabatdan sonra komitənin sədrinə söz verilir. Mən danışmaq istəmirəm. Mənim heç bir sualım yoxdur”.

Sədr isə qeyd edib ki, çıxış etmək istəyirdisə əvvəlcədən məlumat verərdi: "İstədiyiniz vaxt çıxışa yazılıb fikrinizi bildirə bilərsiniz”.

Anar






SON XƏBƏRLƏR

2018-11-15