2018-02-13 13:46:39   |   275 dəfə oxunub

Çingiz Qənizadədə bələdiyyələrlə bağlı faktlar var



Milli Məclisin iclasında deputat Çingiz Qənizadə bələdiyyələrin fəaliyyətindən danışıb. 

"Sherg.az" bildirir ki, Ç.Qənizadə xatırladıb ki, "İctimai iştirakçılıq haqqında” qanun qəbul edilməzdən 7-8 il öncə Ədliyyə Nazirliyində ictimai komitə yaranmışdı: 

"Burada aparılan islahatlar şəffaflıq, ictimai komitənin üzvlərinin iştirakı ilə həyata keçirilir. Ona görə də Ədliyyə Nazirliyinin digər orqanlarında müəyyən ictimai bnəzarəti həyata keçirməklə bağlı həm də bələdiyyələrin fəaliyyətinə ictimai nəzarəti həyata keçirən orqanın fəaliyyəti ilə də yaxından tanışam. Mən bugünkü hesabata qədər də müəyyən faktlara malik idim. Bu qurumda son illərdə aparılan işlər birdən-birə sıçrayışla özünü göstərməyə başladı. 

Biz bir fakta nəzər salsaq görərik ki, 2017-ci ildə inzibati nəzarət qaydasında Ədliyyə Nazirliyinə daxil olmuş 62618 bələdiyyə aktının baxılması, buna qiymət verilməsi bu orqanda nə qədər ağır iş yükünün olması deməkdir. Yəni, bunlardan təxminən 60 mininə baxılıb və müsbət dəyərləndirilib. Amma yerdə qalan 740-ı ləğv edilib, 714-ü dəyişdirilib və bir neçəsi isə məhkəməyə göndərilib. 60 min ərizəyə bir orqan tərəfindən yoxlanılması ciddi faktdır”.

Anar






SON XƏBƏRLƏR

2018-05-25