2018-02-13 16:43:06   |   1930 dəfə oxunub

"Mətbuatın bu cür peşəkarlıqdan uzaq hallara yol verməsi biabırçılıqdır"



"Mətbuat orta məktəbdə baş verən rəzaləti açıq şəkildə yazmalıdır. Sadəcə məktəbin nömrəsi gizlədilməli, uşaqların adları qeyd olunmamalı, videogörüntüdə şagirdlərin üzü görünməməlidir”.

Bunu "Sherg.az”a "Ayna” və "Zerkalo” qəzetlərinin təsisçisi və baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı deyib. 

O diqqətə çatdırıb ki, hadisə cəmiyyətə elementar jurnalistika qaydalarına riayət etməklə çatdırılmalı idi:

"Mətbuatda çalışanların mütləq əksəriyyəti jurnalistikadan təsəvvürü olmayan insanlardır. Ona görə, bu səhvlərin hamısı yayılan materiallarda yer alır. Nəticədə, həm sosial şəbəkə istifadəçiləri, həm də Təhsil Nazirliyi mətbuata etirazını bildirir.

Xarici mətbuatda hətta kimsə müsahib qismində çıxış etdikdə belə, razılıq vermədən üzü göstərilmir. Bizdə isə məktəbin nömrəsini yazırlar, uşaqların adlarını qeyd edirlər, yalandan məlumatlar dərc edirlər ki, şagird filankəsin qohumudur, nəvəsidir və s. Əslində mətbuatın bu cür peşəkarlıqdan uzaq hallara yol verməsi biabırçılıqdır. Millətimizin xislətinin ən pis mənalarını büruzə verilməsidir. Mətbuat problemi qaldırmalı, həyəcan təbili çalmalıdır. Amma elementar peşəkarlıq qaydalarına əməl edilməklə”.

Qeyd edək ki, Təhsil Nazirliyi Bakı şəhərindəki 132-134 saylı Təhsil Kompleksində baş vermiş hadisə ilə bağlı açıqlama yayıb. Nazirlik şagirdlərin yetkinlik yaşına çatmadığını vurğulayıb, buna görə, kütləvi informasiya vasitələrindən məsələyə həssas yanaşmağı xaiş edib.

Aysel Aslan







SON XƏBƏRLƏR

2018-11-22
2018-11-21