2018-02-14 19:20:49   |   438 dəfə oxunub

Ekspertdən çağırış: "Kriptovalyutanın itki riski nəzərə alınmalıdır”



"Vətəndaşlarımız kriptovalyutalarla gəlir əldə etməklə yanaşı itki riskini də nəzərə almalıdır”.
Bu sözləri ”Sherg.az”a iqtsadçı - ekpert Fuad İbrahimov deyib.

O qeyd edib ki, Mərkəzi Bankın (MB) rəhbəri Elman Rüstəmovun kriptovalyutalarla bağlı vətəndaşlara "Ehtiyatlı olun" çağırışını müsbət dəyərləndirir:

"Bu müraciəti MB rəhbəri deyil, Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) etməli idi. Ümumiyətlə, elektron ticarət vasitəsi ilə birjalara çıxan zaman hər bir vətəndaş ehtiyatlı olmalıdır.Çünki burada gəlirlə yanaşı itkilərin mövcudluğu riski də nəzərə alınmalıdır. Nəzərə alınmalıdır ki, itki riski labüddür. Azərbaycanda bunun institual səviyyədə - maliyyə, əmtəə və digər fon birjalarınada idarə olunması ürəkaçan deyil. Qeyd edim ki, Azərbaycanda inkişaf etmiş mərkəz mövcudur. Bu İnvestAz şirkətidir. Şirkət tərəfindən yüksək səviyyədə xidmət göstərilir.Yəni lazım olan texniki dəstək verə bilirlər. 

Deyə bilərik ki, bu, ölkəmizdə həmin sahə ilə bağlı fəaliyyət göstərən yeganə mərkəzdir. Hər bir vətəndaş bu işlə məşqul olmaq, gəlir əldə etmək fikirində olsa, bunun ən azından əlifbasını öryənməlidir. Texniki nöqteyi- nəzərdən özü-özünün risklərini idarə etməlidir ki, lazım olanda "forsmajor" vəziyyətdə ziyanla üzləşməsin. "Bitcoin" dünya bazarında insanların beynini fəth edənə qədər kriptovalyuta ilə ticarətin aparılması mövcud deyildi. İstənilən şəxs "Bitcoin"i alardı və dinamik sürətdə inkişafını gözləyərdi. 

Bundan gəlir də əldə oluna bilərdi. Müxtəlif kriptovalyutaların da qiymətinin düşməsi müştəriyə ziyan vurmurdu.Məsələn, biz bunu 20 manata aldıq. Və "bitcoin" aşağı enib 10 manata düşürdü. Sizin gözləmək üçün kifayət qədər vaxtınız olub.Siz yenidən gözləyə bilərdiniz.

Və bu 25 manata qalxanda siz əlavə olaraq 5 manat qazanıb əməliyyatınızı bitirə bilərdiniz. Amma son dövrdə bu kriptovalyutalar artıq elektron ticarət platformalarında əks olunur. Bunun elektron ticarət platformaları ilə mübadiləsi mümkündür. Belə olduğu halda artıq risklər əmələ gəlir. Məsələn, risklər belə ola bilər ki, tutalım kriptovalyuta 20 manata alınıb. Ticarətdə onun kreditçiyi sizin kreditçiyinizdən möhkəm olmasa, onda müəyyən bir ucuzlaşmalar olacaq. Nəticədə 20 manatınızı itirə bilərsiniz. Hazırda risklər bununla bağlıdır.

Və bu nöqteyi nəzərdən MB rəhbərinin çıxışını məqsədəuyğun hesab edirəm. Çox düzgün xəbərdarlıq edib. Amma bu məsələyə MBNP-ın baxması yaxşı olardı. Çünki bu iş onların nəzarəti altda aparılan işdir”.

Kənan Eynuroğlu








SON XƏBƏRLƏR

2018-10-20
2018-10-19