2018-02-14 20:17:58   |   726 dəfə oxunub

Avtomobil almaq istəyənlərə: "Saytlara inanmayın, mütləq bazara çıxın !" - Ucuzlaşma




"Maşın bazarlarında ucuzlaşma baş verib”.

Bu barədə "Sherg.az”a Avtosfer.az saytının baş redaktoru, nəqliyyat eksperti Elməddin Muradlı bildirib. 

O vurğulayıb ki, yanvar ayından etibarən ölkəyə gətirilən gömrük rüsumlarının artması bəzi avtomobil alverçilərini həvəsləndirib:

"Satıcılar avtomobil qiymətlərini fantastik dərəcədə artırdılar. Hətta bir avtomobilin 2-3 min manat baha satışının şahidi olduq. Həvəslənən şəxslər də öz avtomobillərini satışa çıxardıqda ona uyğun qiymət müəyyənləşdirirlər. Amma alıcı kütləsi azaldı. Nəticədə yenidən avtomobilləri əvvəlki qiymətə uyğunlaşdırmaq məcburiyyətində qaldılar.

Buna rəğmən, bəzi avtosalonlar xaricdən avtomobil gətirməyə davam edir. Təbii olaraq, bir qədər baha satırlar. Daxili bazardan alıb, satan kiçik avtosalonlarda da nisbətən qiymət artımı var.

Avtomobil almaq istəyən şəxslərə tövsiyə edərdim ki, internet saytlar inanmasınlar. Çünki oradakı rəqəmlər çox zaman şişirdilmiş olur. Real avtomobil almaq istəyən şəxs mütləq bazara çıxmalıdır”.

Aysel Aslan







SON XƏBƏRLƏR

2018-02-22
2018-02-21