2018-02-14 20:36:23   |   435 dəfə oxunub

Arif Hacılı Tofiq Yaqublunu vəzifəsindən azad etdi


Tofiq Yaqublu Müsavat Partiyası başqanının müavini vəzifəsindən azad edilib. Modern.az xəbər verir ki, T. Yaqublunun APA-ya verdiyi məlumata görə, müavin vəzifəsindən azad edilsə də, partiyanın Məclis və Divan üzvü olaraq qalır.
"Bunu Arif Hacılı ilə danışmışıq və səbəblər izah olunub. Müavinlik vəzifəmdən kənarlaşdırılsam da, partiyada qalıram", - deyə o vurğulayıb.
T. Yaqublu müavin vəzifəsindən kənarlaşdırılmasının Milli Şuranın üzvü olması ilə əlaqələndirilməsi faktını təsdiqləyib, lakin bu barədə açıqlama vermək istəmədiyini bildirib.






SON XƏBƏRLƏR

2018-02-22
2018-02-21