2018-02-18 14:03:22   |   256 dəfə oxunub

İranda qəzaya uğrayan təyyarədə Azərbaycan vətəndaşları olmayıb




Azərbaycanın İrandakı səfirliyinin ilkin məlumatına əsasən İranda qəzaya uğrayan sərnişin təyyarəsində Azərbaycan vətəndaşlarının olması faktı qeydə alınmayıb.


Bunu APA-ya açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.


H. Hacıyev əlavə məlumat olduğu təqdirdə ictimaiyyətə açıqlanacağını qeyd edib.


Qeyd edək ki, bu gün İranda paytaxt Tehrandan Yasuç şəhərinə uçan "Aseman Airlines" aviaşirkətinə məxsus "ART-72" tipli sərnişin təyyarəsi İsfahan vilayətinin Semiron rayonunda dağlıq ərazidə qəzaya uğrayıb. Yerli vaxtla səhər saat 08.00-da Tehrandan havaya qalxan sərnişin təyyarəsi 50 dəqiqə sonra qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 60 sərnişin və 6 heyət üzvü olub. Qəza nəticəsində sağ qalan olmayıb.






SON XƏBƏRLƏR

2018-12-10
2018-12-09