2018-02-18 22:57:05   |   268 dəfə oxunub

Ucarda avtomobil su kanalına aşıb, sürücü ölüb



Ucar rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Ucar rayonu, Yeniyol kəndində "Mercedes” markalı minik avtomobili su kanalına aşıb.

Hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri minik avtomobilində olan sürücü, 1990-ci il təvəllüdlü Hümmətzadə Oruc Möhbala oğlunun meyitini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.






SON XƏBƏRLƏR

2018-06-22