2018-02-20 14:16:29   |   296 dəfə oxunub

“Dünyada vəhşi qətliam arayan varsa, bu, Xocalıdır" - Ərdoğan



"Xocalı faciəsində şəhid edilən azərbaycanlı qardaşlarımızı rəhmətlə yad edirik”.
APA-nın NTV telekanalına istinadən verdiyi məlumata görə, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) parlament qrupunun toplantısında çıxış edərkən deyib.
R. T. Ərdoğan Xocalı şəhərində qətlə yetirilən azərbaycanlılara rəhmət diləyib: "Dünyada vəhşi qətliam arayan varsa, bu, Xocalıdır. İnsanlıq tarixinin ən böyük zülmlərindən biri Xocalıda yaşanıb. Xocalı qatillərinə hökm kəsən ölkə gördünüzmü? Türk, müsəlmandırsa, həmin ölkələr bunu görmürlər. Biz isə Xocalıqətliamını unutmadıq, unutmayacaq və xatırladacağıq”.






SON XƏBƏRLƏR

2018-09-26
2018-09-25