2018-02-20 17:37:37   |   330 dəfə oxunub

Bayılda sürüşmə zonasındakı sakinlərə sabah plastik kartlar veriləcək


Bakıda Bayıl yamacında sürüşmə nəticəsində təhlükəli vəziyyətə düşən 67 evin sahibinin bank hesabına kirayə pulları köçürülüb.

Bu barədə Lent.az-a Səbail rayon İcra Hakimiyyətindən bildirilib. Qeyd edilib ki, təhlükəli zonada yaşayan və sənədlərini təqdim edən ailələr ərazi üzrə mənzil istismar sahəsindən sabah plastik kartlarını götürə bilər. Sakinlər şəxsiyyət vəsiqələrini təqdim etməklə kartı götürə və kart vasitəsi ilə hesablarına köçürülmüş pulu nağdlaşdıra bilərlər.

Qeyd edək ki, kirayə haqları ailə tərkibinə görə müəyyənləşdirilir və aylıq minimum 260 manat təşkil edir.






SON XƏBƏRLƏR

2018-06-25