2018-02-20 18:15:17   |   162 dəfə oxunub

Azərbaycanda 21 xarici vətəndaş saxlanılıb


Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirləri davam etdirilib.
Ximdətdən Lent.az-a verilən məlumata görə, 16-19 fevral tarixlərdə keçirilmiş növbəti tədbirlər zamanı sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə Dövlət Miqrasiya Xidmətinə müraciət edərək müvafiq yaşama icazələri alan lakin sahibkarlıq fəaliyyəti ilə məşğul olmadıqları aşkar edilən 11 nəfər Pakistan İslam Respublikası, 6 nəfər Banqladeş və 4 nəfər Hindistan vətəndaşı saxlanılıb. Həmin şəxslər gəlişlərinin bəyan edilmiş məqsədlərini pozduqları üçün Bakı şəhər Qanunsuz Miqrantların Saxlanılması Mərkəzində yerləşdiriliblər.






SON XƏBƏRLƏR

2018-09-26
2018-09-25