2018-02-21 01:19:59   |   371 dəfə oxunub

“Peşmanam...”

Çörək bıçağı ilə arvadını boğazından 7 dəfə bıçaqladı


Türkiyənin Kağıthane bölgəsində 4 mərtəbəli evdə axşam saatlarında qanlı hadisə yaşanıb.










Ömər K. həyat yoldaşı Fadime K. ilə televiziya izlədikləri zaman mübahisəya başlayıblar. 45 ildir evli olan cütlük arasındakı mübahisə davaya çevrilib. Evin foyesində davam edən dava əsnasında Ömər K. əlinə keçən əşya ilə əvvəlcə həyat yoldaşının başına vurub. Ömər K. yerə yıxılan yaralı qadını daha sonra mətbəxdən götürdüyü çörək bıçaqıyla boğazından 7 dəfə bıçaqlayıb. Aldığı bıçaq zərbələrindən şəkildə can verən Fadime K., qonşularının xəbərindən sonra polis tərəfindən aşkarlanıb. Hadisə yerindən piyada qaçan K.ı isə qısa müddətdə tutulub.
Nəzarətə alınan K.ın ilk ifadəsində həyat yoldaşıyla aralarında 15 ildir dolanışıqsızlıq üzündən tez-tez dava düşdüyünü, son yaşanan qanlı olayın isə televiziya izləyərkən çıxdığını, amma səbəbini xatırlaya bilmədiyini bildirib. Təhlükəsizlikdəki əməliyyatları tamamlanan Ömər K. ədliyyəyə sövq edilib. K. polis maşınına mindiriləcəyi sırada, mətbuat mənsublarının "həayat yoldaşınızı niyə öldürdünüz” sualına "Off! Ah balam! Nə söyləsəm, nə dəyişər ki, olan oldu. Peşmanam” deyib.







SON XƏBƏRLƏR

2018-12-14
2018-12-13