2018-02-21 16:03:03   |   288 dəfə oxunub

Azərbaycan və İran hərbi əməkdaşlığı genişləndirir


Fevralın 21-də müdafiə naziri general-polkovnik Zakir Həsənov İran İslam Respublikasının müdafiə və silahlı qüvvələrə dəstək naziri general-mayor Əmir Hatəminin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Lent.az-ın Müdafiə Nazirliyinin saytına istinadən məlumatına görə, İran nümayəndə heyəti əvvəlcə Fəxri xiyabanda lider Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın, Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın məzarlarını ziyarət edərək əklillər və gül dəstələri qoyub.

Sonra Müdafiə Nazirliyində rəsmi qarşılanma mərəsimi keçirilib. Qonaq fəxri qarovulun önündən keçdikdən sonra hər iki ölkənin dövlət himnləri səsləndirilib. Protokola uyğun olaraq general-mayor Ə.Hatəmi "Şərəf kitabı”nı imzalayıb






SON XƏBƏRLƏR

2018-06-25