2018-02-21 16:57:58   |   363 dəfə oxunub

"MTN işi"ndə qurban olan vəzifəli şəxsə ŞƏRTİ CƏZA


Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin vəzifəli şəxslərinin işində zərərçəkmiş qismində tanınmış və sonradan barəsində dələduzluq ittihamı ilə cinayət işi başlanmış Biləcəri qəsəbəsinin sabiq icra nümayəndəsi Bahəddin Sultanov və sabiq polis əməkdaşı Təvəkkül Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.

Hakimlər kollegiyasının hökmünə əsasən, təqsirləndirilən şəxslərin hər biri 1 il sınaq müddəti olmaqla şərti cəza alıblar.

Qeyd edək ki, Bahəddin Sultanov və Təvəkkül Vəliyev Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham ediliblər.

İttihama görə, hər iki təqsirləndirilən şəxs torpaq alqı-satqısı zamanı vətəndaşdan külli miqdarda pulunu alıblar, daha sonra vədlərinə əməl etməyərək dələduzluq cinayəti törədiblər.

Onun barəsində Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində cinayət işi başlanıb. Bahəddin Sultanov 2004-2005-ci illərdə Binəqədi rayonu, Biləcəri qəsəbəsi üzrə İcra nümayəndəsi vəzifəsində işləyib.


Onu da qeyd edək ki, Bahəddin Sultanov ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi 2-ci istintaq şöbəsinin sabiq rəisi Vüsal Ələkbərovun cinayət işində zərərçəkmiş şəxs qismində tanınıb.



Xatırladaq ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə Vüsal Ələkbərov 12 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə həmçinin polkovnikin rütbəsinin əlindən alınması barədə xüsusi qərardad çıxarıb.







SON XƏBƏRLƏR

2018-06-25