2018-02-21 18:17:00   |   930 dəfə oxunub

"Xocalı nə ilkdir, nə son" - Deputat

Tahir Kərimli: "Son 200 ildə Azərbaycan xalqının başına gətirilən müsibətlər haqqında kompleks yaradılmalıdır"




"Bu il Xocalı soyqırımının il dönümü ilə əlaqədar ölkədə və ölkə hüdudlarından kənarda yüksək səviyyədə tədbirlər həyata keçirilir”.

Bunu "Sherg.az”a Xocalı soyqırımının 26-cı ildönümündən danışarkən millət vəkili Tahir Kərimli deyib. 

O diqqətə çatdırıb ki, son 200 ildə Azərbaycan xalqının başına gətirilən müsibətlər haqqında kompleks yaradılmalıdır:

"Xocalı faciəsi də ayrıca guşə kimi bu kompleksdə öz əksini tapmalıdır. Doğrudur, "Xocalı harayı” heykəli var, amma biz dünyaya çatdırmalıyıq ki, Xocalı nə ilkdir, nə son. Uzun illər türk, müsəlman olduğumuza görə, başımıza belə müsibətlər gətirilib.

Təklif etdiyim kompleksdə mavzoley, muzey, abidələr olmalıdır. Bu protokola da daxil edilməlidir ki, ölkəmizə gələn xarici vətəndaşlar, rəsmi şəxslər həmin kompleksi ziyarət etsinlər. Xocalı başımıza gətirilən soyqırımların zirvəsidir. Həm də ona görə ki, bu faciə müasir dünyada, müasir nəslin gözü qarşısında olub. Xocalı faciəsinə aid sənədlər, tarixi faktlar, şəkillər, videoçarxlar var.


Ona görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Xocalını birbaşa soyqırımı adlandırdı və hətta dünyada sübuta yetirilən tək soyqırımı kimi qiymətləndirdi. Bu baxımdan soyqırımı kompleksinin yaradılması Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına daha da təkan verəcəkdir”.

Aysel Aslan







SON XƏBƏRLƏR

2018-06-22