2018-02-21 20:42:23   |   796 dəfə oxunub

"Bu, sahibkarlara iş effektini artırmaq imkanı verəcək” - İqtisadçı



"Sosial sığorta borcları olan şəxslərə güzəştlər tətbiq edilməsi olduqca müsbət addımdır”.

Bunu "Sherg.az”a "Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” qanun layihəsinin mahiyyətini izah edərkən iqtisadçı - ekspert Vüqar Bayramov deyib. 

O vurğulayıb ki, bu qanunu tətbiq etməklə uzun müddət yığılıb qalmış sosial ödənişlər üzrə borc problemini həll etmək mümkün olacaq:

"Qanun layihəsi sahibkarlara imkan verəcək ki, aşağı ödəniş etməklə borclarının silinməsinə nail olsunlar. Daha az ödəniş edən sahibkarlar borcun əhəmiyyətli hissəsindən azad olunacaqlar. Borcun ödənilən hissəsinə uyğun qalan borcun silinməsi həyata keçiriləcək. Qanun qəbul edilərsə, sosial sığorta borcu olan sahibkarlar qısa müddətdə ödənişi həyata keçirməlidirlər.

Ümumilikdə, "Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” qanun sahibkarlara fəaliyyətlərini davam etdirmək, iş effektini artırmaq imkanı verəcək”.

Qeyd edək ki, prezident İlham Əliyev tərəfindən MM-ə təqdim edilən qanun layihəsi qəbul olunacağı təqdirdə 2018-ci il aprelin 1-dən qüvvəyə minəcək. 5 maddədən ibarət qanun layihəsində bildirilir ki, sığorta edənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir.

Aysel Aslan







SON XƏBƏRLƏR

2018-06-25