2018-02-22 21:01:09   |   441 dəfə oxunub

Prezidentin fərdi təqaüdünün məbləği dəyişdi



Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün məbləğinin artırılması və "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb. Lent.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, fərmana əsasən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün məbləği 2018-ci il martın 1-dən artırılaraq 1450 (min dörd yüz əlli) manat müəyyən edilib. Bundan başqa "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 6, maddə 329, № 10, maddə 587; 2004, № 12, maddə 1006; 2005, № 3, maddə 167; 2006, № 11, maddə 939; 2007, № 12, maddə 1235; 2008, №7, maddə 621; 2016, № 10, maddə 1628) 2-ci hissəsində "1300 (min üç yüz)” sözləri "1450 (min dörd yüz əlli)” sözləri ilə əvəz edilib.


Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etməyi öz öhdəsinə götürüb.






SON XƏBƏRLƏR

2018-09-26
2018-09-25