2018-02-23 13:57:08   |   852 dəfə oxunub

"Əfv ərizələrinin çoxu piyadalar üçün faciə ilə nəticələnən yol qəzaları ilə bağlıdır" - Qanun sərtləşdirilməlidir "

Elmira Axundova:"Özümüz şahid oluruq ki, avtomagistral və avtobanlarda insanlar yerüstü və yeraltı keçidlərdən deyil, qadağan olunmuş yerlərdən keçir və bir çox hallarda bu faciəvi qəzalara səbəb olur"



"Bir çox hallarda, piyadaların yol hərəkəti qaydasını kobud şəkildə pozması nəticəsində qəzalar baş verir. Hətta özümüz şahid oluruq ki, avtomagistral və avtobanlarda insanlar yerüstü və yeraltı keçidlərdən deyil, qadağan olunmuş yerlərdən keçir və bir çox hallarda bu faciəvi qəzalara səbəb olur.  Bu günlərdə Əfv komissiyasının iclası keçirildi, inanın ki, Əfv ərizələrinin böyük əksəriyyəti piyadalar üçün faciə ilə nəticələnən yol qəzalarına aid müraciətlər təşkil edirdi".

"Sherg.az" xəbər verir ki, bu barədə Milli Məclisin bu gün baş tutan iclasında millət vəkili Elmira Axundova bildirib. Parlamentarinin sözlərinə görə, təsəvvür etsək ki, bu qəzalar nəticəsində iki və ya daha çox ailə birdən-birə bədbəxt olur, onda bu faciələrin miqyasını təsəvvür etmək elə də çətin deyil: 

"Ona görə piyadaların qadağan olunmuş yerlərdən keçməsinin qarşısını almaq və bu halları minimum səviyyəyə qədər azaltmaq üçün cərimə və cəzalar bir qədər də sərtləşdirilməli, nəzarət daha da gücləndirilməlidir.

Digər tərəfdən bu dəyişikliklərdə müsbət məqam yük avtomobillərinin və avtobusların nəzarət qurğusu "taxoqraf” haqqındadır. Bu da çox mühüm bir dəyişiklikdir.Çünki belə qurğu qəza hadisələrinin qarşısını almaq, yol hərəkəti iştirakçılarının sağlamlığının qorunması vəzifəsini daşıyacaq".

Ayyət Əhməd







SON XƏBƏRLƏR

2018-06-25