2018-02-23 16:13:34   |   429 dəfə oxunub

"O uşaqlar böyük psixoloji travma alıblar" - Dava-dalaş, ölüm-itim..




"Yaxın Şərqdə radikal terrorçu qrupların tərkibində terrorçuluq fəaliyyəti ilə məşğul olanlar, onların ailə üzvləri, orada həlak olub, başsız qalan uşaqlar ölkəyə gətirilməlidir”.

Bunu "Sherg.az”a təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev deyib. O qeyd edib ki, həmin şəxslərin təzədən cəmiyyətə qaytarılması, onların təhlükəsizlik dərəcəsi, cəmiyyətə tam təhlükəsiz adaptasiya olmaları vacibdir:

"Dövlət öz vətəndaşına sahib çıxmalıdır. Bu uşaqların ölkəyə gətirməsi ilə aidiyyəti qurumlar məşğul olurlar. Təbii ki, bu, sadə proses deyil. Onların yeri, kimlikləri, valideynləri və s. müəyyənləşdirilir, daha sonra digər mərhələlər həyata keçirilir.

O uşaqlar kiçik yaşından böyük psixoloji travma alıblar. Valideynlərini itiriblər. Hər gün dava-dalaş, ölüm-itim görüblər. Orada həm antisanitar, həm də ekoloji cəhətdən zəhərli hava qəbul ediblər. Səhhətlərində də həyat üçün təhlükəli, yoluxucu xəstəliklərin olması yoxlanılmalı, xüsusi xidmət orqanları, hüquq mühafizə orqanları, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, psixoloqlar və digər müvafiq qurumlar məşğul olmalıdırlar. Ölkəmizə gətirildikdən sonra həmin uşaqların daim nəzarət altında reabilitasiyası həyata keçirilməlidir”.

Qeyd edək ki, Rusiya Federal Məclisinin Federasiya Şurasının üzvü, Çeçenistan rəhbərinin Yaxın Şərq və Şimali Afrika ölkələrindəki nümayəndəsi Ziyad Sabsabinin məlumatına görə, İraqda valideynləri döyüşlərdə ölmüş 15-ə yaxın azərbaycanlı uşaq var. Sabsabi deyib ki, həmin uşaqların ən böyüyünün 7-8 yaşı var.

Aysel Aslan







SON XƏBƏRLƏR

2018-12-14
2018-12-13