2018-02-23 17:13:13   |   261 dəfə oxunub

Bakıda 16 marşrut avtobusunun hərəkət istiqaməti dəyişdi



Bakıda bəzi marşrut avtomuslərinin hərəkət istiqaməti dəyişib.

"Sherg.az" Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir ki, Xətai rayonu Məhəmməd Hadi küçəsinin Sarayevo küçəsi ilə kəsişməsindən Babək prospektinədək olan hissəsindən keçən 11, 12, 21, 35, 36, 40, 42, 44, 46, 51, 57, 60, 70, 81, 132 və 183 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət sxemi müvəqqəti olaraq dəyişdirilib.


24.02.2018 tarixindən qeyd edilən marşrut xətləri üzrə avtobuslar yenilənmiş sxem üzrə hərəkət edəcək. Dəyişiklik edilməsinə səbəb ərazidə təmir işlərinin aparılmasıdır.






SON XƏBƏRLƏR

2018-06-22