2018-02-23 19:27:06   |   511 dəfə oxunub

"ABŞ-ın Türkiyə ilə münasibətlərini yaxşılaşdırmasını gözləyirəm"- Deputat



"ABŞ-ın Türkiyə ilə münasibətlərini yaxşılaşdırmaq üçün addım atması normal haldır”.

Bunu "Sherg.az”a ABŞ-ın Türkiyə ilə bağlı planlarını şərh edərkən millət vəkili Asim Mollazadə deyib. 

O xatırladıb ki, Türkiyə və ABŞ NATO tərkibində müttəfiq idi və uzun illərdir birgə fəaliyyət göstərirlər:

"Son vaxtlar iki ölkə arasında yaranmış problemin əsas məqsədi Türkiyə üçün təhlükə sayılan PKK, terror problemidir. Türkiyənin ərazisinə hücum edən terrorçu qüvvələr, PKK-nın Suriya qolu PYD Türkiyə üçün ciddi problemlər yaradır. ABŞ isə bu qruplardan Suriyada istifadə edir, daha da silahlandırır. Problemin mahiyyəti terrorla bağlıdır. 

Zənnimcə, ABŞ terrorla mübarizədə Türkiyəyə dəstək verməlidir. Suriyanın ərazisində yeni etnik dövlətin, muxtariyyətin yaradılması qəbuledilməzdir. Çünki bu Türkiyə üçün ciddi təhlükələr kəsb edir.

ABŞ-ın Türkiyə ilə müttəfiq münasibətlərini yaxşılaşdırmasını gözləyirəm. Əminəm ki, Amerika bölgədə ən əsas müttəfiqini dəstəkləyərək, problemləri aradan qaldıracaq”.

Qeyd edək ki, Amerikanın "Wall Street Journal” nəşrinin məlumatına görə, ABŞ İran və onun müttəfiqlərinin Suriyadan çıxarılması üçün Ankaraya yardım təklif etməyi planlaşdırır. Qəzet Ankara ilə aparılan danışıqlarda Trampın milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Herbert Makmaster, xarici işlər naziri Reks Tillerson və müdafiə naziri Jeyms Mettis kimi yüksək rütbəli rəsmilər də daxil olmaqla, çoxlu sayda səlahiyyətlinin iştirak etdiyini yazıb.

Aysel Aslan







SON XƏBƏRLƏR

2018-09-25