2018-03-04 21:31:14   |   1057 dəfə oxunub

Putindən ABŞ-a sərt cavab


Rusiya xüsusi prokuror Robert Müllerin istintaqı çərçivəsində günahlandırılan rusiyalı vətəndaşlarını ABŞ-a təhvil verməyəcək.

APA-nın məlumatına görə, bunu NBC telekanalına müsahibəsində Rusiya prezidenti Vladimir Putin bəyan edib.

"Heç vaxt. Rusiya ABŞ kimi öz vətəndaşlarını ekstradisiya etmir”, deyə V.Putin bildirib. O həmçinin bildirib ki, ABŞ-da keçirilən prezident seçkilərinə müdaxilədə ittiham edilən 13 Rusiya vətəndaşı hökuməti təmsil etməyiblər.


Fevralın 16-da ABŞ Ədliyyə nazirliyi prezident seçkilərinə müdaxilə etdikləri üçün 13 Rusiya vətəndaşı və bu ölkənin 3 şirkətinə qarşı ittiham irəli sürüb.


Qeyd edək ki, ABŞ Konqresinin hər iki palatasının müvafiq komitələri Rusiyanın ABŞ-dakı son prezident seçkilərinə müdaxiləsi və Trampın komandasının Rusiya ilə əlaqələrinə dair təhqiqat aparır. Ədliyyə Nazirliyi tərəfindən təyin olunan xüsusi prokuror Robert Müller də analoji təhqiqatı davam etdirir.






SON XƏBƏRLƏR

2018-05-21