2018-03-08 16:26:28   |   450 dəfə oxunub

Afrin bölgəsində Cinderes qəsəbəsinin böyük hissəsi azad edilib



Türkiyə Silahlı Qüvvələri (SQ) və Azad Suriya Ordusu Afrin bölgəsində Cinderes qəsəbəsinin böyük bir hissəsini terrorçulardan təmizləyib.

Trend-in məlumatına görə, hazırda qəsəbədə küçə döyüşləri gedir.

Bundan əvvəl Türkiyə Silahlı Qüvvələrinin (SQ) Suriyanın Afrin bölgəsində Cinderes qəsəbəsini əhatəyə aldığı deyilirdi.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.






SON XƏBƏRLƏR

2018-11-19
2018-11-18