2018-03-08 17:19:49   |   292 dəfə oxunub

Almaniya XİN-nin yeni rəhbəri Xayko Maas olacaq



Almaniyanın hazırkı ədliyyə naziri, Sosial-Demokrat Partiyasının üzvü Xayko Maas Almaniyanın yeni xarici işlər naziri olacaq.

APA-nın məlumatına görə, bu barədə bu gün "FOCUS Online" nəşri mənbəyə istinadən məlumat yayıb.
X. Maas 2013-cü ildən ədliyyə naziridir. Sosial-demokratlar koalisiya hökumətində təmsil olunacaq nümayəndələrinin adlarını sabah səhər açıqlayacaq.
Qeyd edək ki, bu gün Almaniya xarici işlər naziri Ziqmar Qabriel yaxın vaxtlarda postunu tərk edəcəyini açıqlayıb.






SON XƏBƏRLƏR

2018-06-22