2018-03-12 16:40:15   |   990 dəfə oxunub

Prezident generala vəzifə verdi


Daxili Qoşunlara yeni qərargah rəisi təyin edilib.

"Sherg.az"ın APA-ya istinadən məlumatına görə, bu barədə prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncama əsasən Tofiq Vaqif oğlu Hüseynov Daxili İşlər Nazirliyinin Daxili Qoşunları komandanının 1-ci müavini - Qərargah rəisi təyin edilib.

Qeyd edək ki, ölkə başçısı bir neçə gün əvvəl T. Hüseynova general-mayor ali hərbi rütbəsi verilməsi haqqında sərəncam imzalayıb.







SON XƏBƏRLƏR

2018-09-26
2018-09-25