2018-03-12 20:45:22   |   393 dəfə oxunub

Nepalda təyyarə qəzasının səbəbi bilindi



Nepalın paytaxtı Katmanduda təyyarə qəzasının baş verməsinə ekipajın səhvi səbəb olub.
APA-nın RT-yə istinadən verdiyi xəbərə görə, bu barədə Katmandu hava limanının rəhbəri Rackumar Çxetri bildirib.

"Şimal istiqamətindən eniş etmək əvəzinə, təyyarə şimal-şərqdən enməyə başlayıb. Laynerin vəziyyəti eniş üçün münasib deyildi”, deyə R.Çxetri vurğulayıb.

Qeyd edək ki, bu gün Katmanduda hava limanı yaxınlığında Banqladeşin "US-Banga” aviaşirkətinə məxsus sərnişin təyyarəsi qəzaya uğrayıb. Son məlumata əsasən, hadisə nəticəsində 49 nəfər ölüb.






SON XƏBƏRLƏR

2018-12-10
2018-12-09