2018-03-19 12:30:52   |   342 dəfə oxunub

"Ekspert qanunsuz yaşayış yerlərinin sənədləşdirilməsinin yolunu göstərdi"

Ramil Osmanlı:"Vaxt aparan məsələ olduğuna görə, düşünürəm, ölkə başçısının sərəncamı ya da Nazirlər Kabinetinin qərarı ilə həll etmək olar”




"Azərbaycanda mülkiyyət hüquqlarının təmin olunması, daşınmaz əmlakın alğı-satqısı üzrə vergilərə tam cəlb olunması, qeyri-leqal ödənişlərin aradan qaldırılması baxımından qeyri-qanuni yaşayış yerlərinin sənədləşdirilməsi müsbət addım olar”.

Bunu "Sherg.az”a millət vəkili Elmira Axundovanın respublikanın müxtəlif regionlarında, xüsusi ilə Abşeron yarımadasında vətəndaşlar tərəfindən kənd təsərrüfatı təyinatlı torpaqlarda kompakt şəkildə inşa edilən yaşayış məntəqələrinin qanuniləşdirilməsi haqqında təklifinə münasibət bildirərkən mənzil məsələləri üzrə ekspert Ramil Osmanlı deyib. 

O vurğulayıb ki, bəzi ərazilərin dövlət balansından çıxarılması yolverilməz hesab olunur:

"Amma elə ərazilər var ki, illərdir, ayrı-ayrı şəxslərin istifadəsindədir, üzərində tikililər mövcuddur. Fərdi və qeyri-yaşayış yerləri inşa edilib. Bu torpaqlardan istifadəyə görə, kommunal xərclər ödənilir, bütün kommunikasiya işləri görülüb. 

Sadəcə həmin torpaqlardakı obyektlər sənədləşdirilə bilmir, mülkiyyətdə deyil və təyinatı üzrə istifadə olunmayıb. Onların mülkiyyətə keçirilməsi daxil edilməsi müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətindədir. Birbaşa Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etməklə problemi həll etmək mümkün deyil.

Bu prosedur ümumi konsepsiya şəklində həyata keçirilməlidir. Hökumət bu istiqamətdə çox operativ qərarlar qəbul etməlidir. Qərarların qəbulu üçün müvafiq icra hakimiyyəti orqanlarının sərəncamları lazım olacaq. Vaxt aparan məsələ olduğuna görə, düşünürəm, ölkə başçısının sərəncamı ya da Nazirlər Kabinetinin qərarı ilə həll etmək olar”.

Aysel Aslan







SON XƏBƏRLƏR

2018-04-21
2018-04-20