2018-03-19 14:35:45   |   327 dəfə oxunub

"Azərbaycanda da demokratik seçki mühiti mövcuddur” - Deputat



"ATƏT–in seçki müşahidə missiyası prezident seçkilərindən əvvəlki mühiti dəyərləndirmək üçün Bakıya gələcək”.

Bu barədə "Sherg.az”a ölkəmizdə seçkiqabağı vəziyyəti dəyərləndirərkən millət vəkili Sahib Alıyev məlumat verib. 

O qeyd edib ki, hər il olduğu kimi, Avropa Şurası, MDB və digər təşkilatların nümayəndələri prezident seçkiləri öncəki mühiti müşahidə etmək üçün səfər edə bilər:

"Bu il də seçkiqabağı proses əvvəlki seçkilərdə müşahidə olunan səviyyədədir. İnkişaf etmiş, siyasi proseslərin sivil, demokratik müstəvidə həll olunduğu dövlətlərdə siyasi mühit necə olmalıdırsa, hazırda Azərbaycanda da belə mühit mövcuddur”.

Qeyd edək ki, prezident İlham Əliyev fevralın 5-də "Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncamda Mərkəzi Seçki Komissiyasına növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2018-ci il aprelin 11-nə təyin olunmasını və Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etmək tapşırılıb.

Aysel Aslan







SON XƏBƏRLƏR

2018-07-17