2018-03-19 15:39:07   |   319 dəfə oxunub

Zakir Həsənov hospitalda müalicə alan şəxsi heyətlə görüşüb


Müdafiə Nazirliyinin rəhbər heyəti Novruz bayramı ilə əlaqədar Baş Klinik Hospitalda olub.

"Sherg.az"ın nazirliyin saytına istinadən məlumatına görə, əvvəlcə hərbi tibb müəssisəsinin həyətində ucaldılan mərhum prezident Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub, ehtiram ifadə edilib.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov hospitalda müalicə alan şəxsi heyətlə görüşərək onların səhhəti ilə maraqlanıb. Hərbi qulluqçulara bayram sovqatları təqdim edilib və tezliklə sağalaraq xidmət yerlərinə qayıtmaları arzu olunub.

Hospitalın kollektivi ilə görüşən Müdafiə naziri onları bayram münasibətilə təbrik edib, uğurlar diləyib və müvafiq tapşırıqlar verib.








SON XƏBƏRLƏR

2018-12-14