2018-03-19 19:10:59   |   507 dəfə oxunub

“Mançester Yunayted” 9 futbolçusunu qovur



Mançester Yunayted” mövsümün sonunda heyətində ciddi dəyişikliklər edəcək. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, baş məşqçi Joze Mourinyo "qara siyahı”sını rəhbərliyə təqdim edib.
Portuqaliyalı mütəxəssis Lük Şou, Kris Smollinq, Fil Cons, Deyli Blind, Matteo Darmian, Ander Errera və Xuan Matanın satılmasını istəyib. Həmçinin Maruan Fellaini və Zlatan İbrahimoviçlə mövsümün sonuna qədər olan müqavilə müddəti uzadılmayacaq.
Mourinyonun ixtiyarında görmək istədiyi futbolçular isə Qaret Beyl ("Real”), Tobi Alderveyreld, Denni Rouz (hər ikisi "Tottenhem”), Villian ("Çelsi”) və Freddi ("Şaxtyor”, Donetsk).






SON XƏBƏRLƏR

2018-09-21
2018-09-20