2018-03-19 23:44:30   |   431 dəfə oxunub

Ərdoğanla Putin arasında telefon danışığı olub


Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı olub.

APA-nın "Anadolu”ya istinadən verdiyi xəbərə görə, Ərdoğan Vladimir Putini Rusiyada keçirilən prezident seçkilərində qələbə qazanması münasibətilə təbrik edib.


Söhbət zamanı tərəflər ikitərəfli münasibətlər, aprel ayında İstanbulda keçiriləcək Suriya üzrə zirvə toplantısını müzakirə ediblər.


Prezidentlər iki ölkə arasında əməkdaşlığı gücləndirmək istiqamətində qərarlı olduqlarını təsdiqləyiblər.






SON XƏBƏRLƏR

2018-12-14