2018-03-29 12:49:35   |   3139 dəfə oxunub

“İlham Əliyev. Prezidentin portreti dəyişikliklər fonunda” adlı kitabın təqdimatı... - Özbəkistanda



Martın 30-da Özbəkistanın paytaxtı Daşkənd şəhərində tanınmış publisist, tərcüməçi, millət vəkili Elmira Axundovanın "İlham Əliyev. Prezidentin portreti dəyişikliklər fonunda” adlı kitabının təqdimat mərasimi keçiriləcək.

Bu barədə "Sherg.az"a xanım deputatın özü məlumat verib.

O qeyd edib ki, Azərbaycanın Özbəkistandakı fövqəladə səfiri Hüseyn Quliyevin təşəbbüsü ilə tərcümə olunan bu kitabın təqdimatına dair tədbirə Özbəkistan Senatının parlamentariləri 10-dan çox xarici səfir, bu ölkədə yaşayan tanınmış azərbaycanlılar və ölkəmizin Özbəkistandakı diaspor üzvləri qatılacaq.

Qeyd edək ki, sözgedən təqdimat mərasimində iştirak etmək üçün kitabın müəllifi Elmira Axundova Daşkənd şəhərinə yola düşüb.

Ayyət Əhməd







SON XƏBƏRLƏR

2018-11-21