2018-04-03 12:55:28   |   2694 dəfə oxunub

Azərbaycanda "Gəmiçilik sahəsində xidmətlərə görə" medalı təsis olunub


Azərbaycanda "Gəmiçilik sahəsində xidmətlərə görə" medalı təsis olunub.

"Sherg.az"xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında bununla bağlı "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanununda dəyişiklik edilib.

"Gəmiçilik sahəsində xidmətlərə görə" Azərbaycan Respublikasının medalı ilə vəzifələrini nümunəvi icra edən, istehsal fəaliyyətində yüksək nəticələr göstərən gəmiçilik sahəsində çalışan işçilər, habelə Azərbaycan Respublikasında gəmiçilik sahəsinin inkişafı və təkmilləşdirilməsində xüsusi rolu şəxslər təltif edilirlər.






SON XƏBƏRLƏR

2018-11-19
2018-11-18