2018-04-09 23:40:38   |   1125 dəfə oxunub

"Qalatasaray" 90-cı dəqiqədə çökdü



Türkiyə Superliqasında 28-ci tura yekun vurulub.
Qol.az-ın məlumatına görə, "Qalatasaray" səfərdə autsayderlərdən biri "Gənclərbirliyi" ilə qarşılaşıb. Matç meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb -1:0. Bununla da "sarı-qırmızılılar" liderliyi əldən veriblər.

"Gənclərbirliyi" - "Qalatasaray" - 1:0
Qol: Alper Uludağ, 90+2

"Gənclərbirliyi"ndə çıxış edən millimizin sabiq üzvü Dəniz Yılmaz oyuna start heyətdə başlayıb və 61-ci dəqiqədə əvəzlənib.

Qeyd edək ki, 28 turdan sonra turnir cədvəlinə 59 xalla "Başakşəhər" başçılıq edir. "Qalatasaray" 57 xalla 2-ci, "Beşiktaş" 56 xalla 3-cüdür.






SON XƏBƏRLƏR

2018-12-14