2018-04-13 16:44:48   |   265 dəfə oxunub

Çempionlar Liqasında son püşk: Yarımfinal cütləri müəyyənləşdi


Bu gün Çempionlar Liqasının yarımfinal və final mərhələlərinin püşkatma mərasimi keçirilib. Apasport.az saytının məlumatına görə, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında keçirilən tədbirdə qitənin ən nüfuzlu klub turnirinin 4 iştirakçısı 2 cütlük təşkil edib.

Püşk "Bavariya” (Almaniya) və "Real”ı (İspaniya) yarımfinalda üz-üzə qoyub. Digər matçda isə "Liverpul”la (İngiltərə) "Roma” (İtaliya) görüşəcək.


Bu mərhələnin ilk oyunları aprelin 24-25-də keçiriləcək. Cavab görüşləri mayın 1-2-də baş tutacaq.


Püşk final matçının nominal meydan sahibini də müəyyənləşdirib. Bu qarşılaşmada meydan sahibi "Bavariya” – "Real” cütünün qalibi olacaq.


Çempionlar Liqası

Yarımfinal

"Bavariya” (Almaniya) - "Real” (İspaniya)

"Liverpul” (İngiltərə) - "Roma” (İtaliya)


Final

"Bavariya” (Almaniya) - "Real” (İspaniya) cütünün qalibi - "Liverpul” (İngiltərə) - "Roma” (İtaliya) cütünün qalibi



Lent.az
140251 məqalə
887 dəfə oxunub
DİGƏR XƏBƏRLƏR
Avroliqada erkən final - püşk atıldı
Yük maşını 7 nəfəri vurdü
Avropa Liqasında yarımfinalçılar bəlli oldu
AFFA-dan yeni baza
"Real” yarımfinal öncəsi təhlükə ilə üz-üzə: Yenə oynamayacaq?
Avropa Liqasında yarımfinalçılar bəlli olacaq
Ronaldodan ÇL-də daha bir rekord
Azərbaycan kubokunun yarımfinal oyunları keçiriləcək
Çempionlar Liqasında yarımfinalçılar bəlli oldu
"Qarabağ”ın yeni transfer cəhdi boşa çıxdı






SON XƏBƏRLƏR

2018-04-21
2018-04-20